13 Oktyabr 2017 13:59
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Konstitusiya Məhkəməsi Türkiyə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi İlkər Başbuğu məhəkəməyə dəvət etmək üçün Baş nazirdən icazə istəyib.

Teleqraf.com xəbər verir ki, Konstitusiya Məhkəməsi sabiq baş qərargah rəisi İlkər Başbuğ, Dursun Çiçəl, Həsən İqsiz, Nüsrət Daşdələnin də aralarında olduğu 19 nəfər haqqında “Ergenekon” cinayət işinin ilkin araşdırmasını başa çatıdırıb.

Konstitusiya Məhkəməsi müvafiq proseduru nəzərə alaraq Baş nazirdən icazə almaq qərarı verib. Bu səbəbdən İlkər Başbuğun işi digər 18 nəfərdən ayırıb.

Məlumata görə, məhkəmə heyəti ilkin araşdırma zamanı iddianamədə qüsur olub-olmadığını müəyyənləşdməlidir.

Baş nazirin razılığı gələnə qədər Başbuğla bağlı məsələ dayandırılacaq. Razılıq verilsə, məhkəmə heyəti işi araşdırmağa başlayacaq, sabiq baş qərargah rəisi məhkəməyə dəvət olunacaq. Baş nazirdən razılıq gəlməsə, sözügdən cinayət işi bağlanacaq.

Xatırladaq ki, Türkiyənin baş qərargah rəisi İlkər Başbuğ “Ergenekon” hadisələrində ittiham olunub, bir müddət həbsxanada qaldıqdan sonra azadlığa buraxılıb.

Ehtimal olunur ki, Türkiyə hüquq-mühafizə orqanları bu işi yenidən qaldırmaqla FETÖ-nun bu prosesdə oynadığını rolu müəyyən etmək istəyir.


Müəllif: Cavad