13 Oktyabr 2017 16:51
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın ağılsız hərəkətləri ABŞ-ın maraqlarına ən böyük təhlükədir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözlər Ağ Evin yaydığı məlumatda deyilib.

Bildirilib ki, buna görə də ABŞ Prezidenti Donald Trampın administrasiyasi Tehranın davranışını dəyişmək niyyətindədir: “İranın, xüsusən də İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) hərəkətləri regiondakı sabitliyə də ciddi təhlükədir. İran rejimi regiondakı münaqişələrdən öz xeyrinə istifadə edir. Bu hərəkətlərə nevə silahlarının, ballistik raketlərin hazırlanması, terrorçuluğun və ekstremizmin maliyyələşdirilməsi, Suriya Prezidenti Bəşər Əsəd rejiminin qırğınlarına dəstək, İsraillə düşmənçilik, əncəbilərin ölkədə sübutsuz həbsi, haker hücumları, insan haqlarının kobud şəkildə pozulması daxildir.

Tramp administrasiyasının əsas siyasəti İranı bu hərəkətlərindən çəkindirməkdən ibarətdir”.

Qeyd edək ki, bu gün Donald Tramp İranla əlaqələrin yeni strategiyasını açıqlayacaq.


Müəllif: Samir