15 Oktyabr 2017 18:15
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi bu gün Avstriyada növbədənkənar parlament seçkiləri keçirilib.

Teleqraf.com-un məlumatına görə, yerli vaxta 08:00-da başlayan səsvermə saat 18:00-a başa çatıb. Seçkilərdə 22 partiya, 2055 namizəd iştirak edib.

Türk əsilli namizədlərin sayı isə iyirmi nəfər olub. Seçkidə 6 milyondan çox seçici iştirak edib. O cümlədən 300 mindən çox türkün yaşadığı ölkədə 110 min türk də səsvermə hüququna malik olub.

34 ildir koalisiya hökumətləri tərəfindən idarə edilən Avstriyada bu seçkilərdən sonra da koalisiya hökumətinin qurulacağı proqnozlaşdırılır. Hazırda səsvermə məntəqələri bağlı elan edilib və seçki bülletenlərinin sayılmazı prosesi gedir.

Ekspertlər isə güman edirlər ki, seçkidə daha çox Xalq Partiyası səs toplayacaq. Partiyanın lideri hazırkı hökumətdə xarici işlər naziri postunu tutan Sebastian Kurtsdur. Rəy sorğularına görə, hökumətdə çoxluq təşkil edən Sosial-Demokrat Partiyası da səslərini artıracaq.


Müəllif: Cavad