16 Oktyabr 2017 09:20
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin son dövrlərdə terrorla mübarizədə istifadə etdiyi pilotsuz hava vasitələri Ukraynada xüsusi maraq doğurub.

Teleqraf.com xəbər verir ki, söhbət MAM-L və MAM-C markalı dronlardan gedir. Bu silahları istehsal edən “Roketsan” şirkəti öz silahlarını Kiyevdə keçirilən beynəlxalq silah sərgisində təqdim edib. Bununla da Türkiyə istehsalı olan silahlar ilk dəfə Ukraynada tanıdılıb. Elə “Roketsan” şirkəti ilə görüşdə də Ukrayna tərəfi daha çox MAM-L və MAM-C dronları ilə maraqlanıb. Bu silahlarla bağlı Ukrayna tərəfinə verilən informasiya Müdafiə Nazirliyinin mütəxəssislərinin xüsusi marağına səbəb olub.

Məlumat üçün bildirək ki, Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil olan bu dronlar son zamanlar həm daxildə terrorla mübarizə sahəsində, həm də ölkə xaricində geniş istifadə olunur. Bu model silahlar 25 metr diametrdə böyük partlayışlar yarada, aşkar etdiyi hədəfi məhv edə bilir.


Müəllif: Cavad