15 Oktyabr 2017 20:57
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün biz Trampı dəstəkləməsək İran bir neçə il sonra nüvə arsenalına malik olacaq. Ona görə də Trampa İrana qarşı sanksiya məsələsində tam dəstək vermək lazımdır".

Teleqraf.com xəbər verir ki, bu çağırışla İsrailin baş naziri Binyamin Netanyahu çıxış edib.

O, bildirib ki, Trampın qərarı İranın regionda artan təcavüzünü dayandırmağa imkan verir: "Hər bir məsuliyyətli hökumət Trampın qərarını dəstəkləməlidir"

Xatırladaq ki, Səudiyyə Ərəbistanının kralı Salman Bin Əbdül Əziz əl-Saud da ABŞ prezidenti Donald Trampla keçirdiyi telefon danışıqları zamanı İranla bağlı yeni strategiyasını təqdir edib.


Müəllif: Teleqraf.com