15 Oktyabr 2017 21:13
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Banqladeşdə Myanmadan olan rohingya müsəlmanlarının məskunlaşdığı qaçqın düşərgəsinə vəhşi fillər hücum edib.

Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində bir qadın və üç uşaq həlak olub.

Fillər oktyabrın 14-də qaçqın düşərgəsinə daxil olub və çadırları dağıdaraq orada yaşayan insanları ayaqlayıblar. Çoxlu sayda yaralının olduğu bildirilir.


Müəllif: Teleqraf.com