15 Oktyabr 2017 21:53
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Millət Məclisinin(TBMM) sədri İsmayıl Qəhrəman Rusiyada keçirilən Parlamentlərarası Birliyin ümumi qurultayında çıxış edib.

Qurultay iştirakçılarına xitab edən İ.Qəhrəman Kipr və Ermənistan nümayəndələrinin iddialarına cavab verib.

“Türkiyə işğalçı dövlət deyil. Kipr 1974-cü ildən bəri işğal altında olmayıb. Sürix və London müqavilələri var. Türkiyə və İngiltərə qarant dövlətdir. Dolayısı ilə adada razılaşma mövcuddur. Bunu işğal adlandırmaq yanlış hərəkətdir. Adada hərbi çevriliş cəhdindən sonra Türkiyə hüquqlarından istifadə edib.

İsmayıl qəhrəman Ermənistan təmsilçisinin 1915-ci il hadisələri ilə bağlı iddalarına da cavab verib:

“Hər hansı bir soyqırımdan söhbət gedə bilməz. Tarixçilərə aid məsələni kökünə enmədən siyasi mövzuya çevirmək çox yanlışdır. Türkiyə bu gün heç bir etnik azlığa, millətə, düşüncəyə hər hansı təzyiq göstərmir. Türkiyə hüquq dövlətidir. Həqiqətləri təhrif etməyin”./Axar.az/


Müəllif: Teleqraf.com