15 Oktyabr 2017 23:42
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Bağdad bir müddət öncə referendum keçirərək özünü müstəqil elan etmiş İraq Kürd Muxtariyyətini PKK terror təşkilatına dəstək verməkdə ittiham edib.

Teleqraf.com xəbər verir ki, kürdlərin Kərkükdə PKK terrorçularının, o cümlədən Abdullah Öcalanın şəkilləri ilə küçələri gəzməsi İraq hökumətinin narazılığına səbəb olub.

"PKK-nın Kərkükdəki varlığı müharibə elanıdır", deyə rəsmi Bağdadın açıqlamasında qeyd olunur.

İraq Kürd Muxtariyyəti isə Kərkükdə PKK silahlılarının olmadığını, ittihamların heç bir əsasa söykənmədiyini bəyan edib.


Müəllif: Ruslan