16 Oktyabr 2017 08:29
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Raket sınaqları və nüvə faəliyyətindən vaz keçməyən Şimali Koreya ilə ABŞ arasında gərginlik davam edir.

Teleqraf.com xəbər verir ki, ABŞ dövlət katibi Reks Tillerson prezident Donald Trampın Koreyaya qarşı qəzəbini azaltmaq üçün diplomatik çabaları davam etdirmək istədiyini bildirib.

"İlk bomba düşənə qədər Şimali Koreya böhranını diplomatik yolla çözməyə davam edəcəyik", deyə Tillerson bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonun Şimali Koreya lideri Kim Jongla dialoq aparmasını vaxt itkisi sayıb.

Bir çox məsələlərdə olduğu kimi Şimali Koreya ilə bağlı da Trampla Tillerson arasında fikir ayrılığı var.


Müəllif: Ruslan