16 Oktyabr 2017 11:57
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ “Green Card” viza lotereyası üçün müraciətləri dayandırıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, proqramın başlamasından qısa müddət sonra tyaranan texniki problemlərə görə qeydiyyat müvəqqəti dayandırılıb.

Oktyabrın 3-dən təqdim edilən bütün ərizələr ləğv olunub. Buna görə, həmin şəxslər yenidən müraciət etməlidir.

Verilən məlumata əsasən, 2019-cu il viza lotereyası üçün yenidən müraciət tarixi 2017-ci il oktyabrın 18-də saat 11:00-dan başlayacaq və noyabrın 22-si saat 11:00-a kimi davam edəcək.


Müəllif: Teleqraf.com