16 Oktyabr 2017 17:43
4 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın keçmiş rəhbəri Səddam Hüseynin arxivindən çıxan foto hər kəsin təəccübünə səbəb olub. Fotoda Səddam Hüseynə xidmət edən şəxsin Rusiyanın indiki Prezidenti Vladimir Putin olduğu iddia olunurdu.

Teleqraf.com xəbər verir ki, lakin həmin şəxsin Putin olduğu haqda iddialar artıq təkzib edilib.

Teyit.org saytı bu iddianın əsassız olduğunu bildirib. Xidmətçinin başqa rakursdan çəkilən fotosundan bəlli olub ki, sözügedən şəxs Putinə əsla oxşamır.

Qeyd edilir ki, 1952-ci ildə Leninqradda doğulan V.Putin 1990-cı illərə qədər Şərqi Almaniyada işləyib.


Müəllif: Cavad