“Təbriz 2018” layihəsi ərəfəsində Azərbaycanın tarixi əsərləri İran rejimi tərəfindən məhv edilir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu, azərbaycanlı fəalların biri tərəfindən yayımlanan videoda aydın görünür.
Görüntülərdə “İpək Yolu” tarixi binalarının əksəriyyətinin rejim tərəfindən hasara alınması, onların açıq-aşkar şəkildə dağıdılması əks olunub.
Yerli əhali uzun illərdir tarixi irs kimi baxdığı bu əsərlərin dövlət tərəfindən mühafizə olunması, hətta bəzilərində təmir-bərpa işlərinin aparılmasını tələb edir. İran rejimi isə onları mühafizə etmək yerinə müəyyən layihələrin həyata keçirilməsi bəhanəsi ilə tarixi əsərlərin üstünə minlərlə ton torpaq tökərək onları sıradan çıxarır.
Qeyd edək ki, Təbriz şəhəri 2018-ci il üçün islam dünyasının turizm paytaxtı seçilib.