"ABŞ hərbçilərinin bölgədəki mövcudluğu nə İraq ordusuna, nə də peşmərgə qüvvələrinə təhlükə yaratmır. Biz tərəfləri təmkinli olmağa çağırırıq".
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) açıqlama yayıb.
Məlumatlara görə, İraq ordusu Kərkükə daxil olarkən ABŞ hərbçiləri şəhərin yaxınlığında - peşmərgə qüvvələrinin hərbi hissələrində olublar.
ABŞ Müdafiə Nazirliyi isə iddiaları təkzib edib.