17 Oktyabr 2017 10:30
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatı dünən axşam saatlarında İraq ordusunun nəzarətinə keçən Kərkük bölgəsinə hücum edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hücum nəticəsində terrorçular iki kəndi ələ keçiriblər.

Həmin kəndlər Kərküklə İraq Kürdüstanının mərkəzi sayılan Ərbil arasında yerləşir. Hücum zamanı yerli sakinlərin yurdlarından qaçdığı bildirilir.


Müəllif: Samir