17 Oktyabr 2017 12:24
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, millət vəkili Dəniz Baykalın son durumu açıqlanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ankara Universitetinin rektoru Ərkan İbiş məlumat verib.

Onun sözlərinə görə, Baykalın beyin tomoqrafiyasında qanaxma müşahidə olunduğundan o, dərhal əməliyyat otağına aparılıb.

“Temperaturu enib, bədəni antibiotiklərə reaksiya verir. Ancaq aparılan beyin tomoqrafiyası zamanı qanaxma müşahidə olundu. Baykal yenidən əməliyyat ediləcək”.

Qeyd edək ki, oktyabrın 11-də AŞPA-nın payız sessiyasından Türkiyəyə dönərkən səhhəti ağırlaşan Baykal Ankara Universitetinin İbn Sina xəstəxanasına çatdırılıb.


Müəllif: Samir