17 Oktyabr 2017 13:24
1 810
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:50

Ukrayna Prezidenti Petro Poroşenko Ali Radaya yeni qanun layihəsi təqdim edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qanun layihəsində 2020-ci il yanvarın 1-dən deputatların toxunulmazlığının qismən ləğvi təklif edilir.

Layihədə deputatın xüsusi hallarda toxunulmazlığının olmasının vacibliyi vurğulanıb: “Qanunda deputatların Ali Radanın razılığı olmadan istintaqa cəlbi və ya həbsi qadağan edilir”.

Qeyd edək ki, Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bu gün Kiyevdə Ali Radanın bınası önündə aksiya keçirməyi planlaşdırır. Deputatların toxunulmazlığının ləğvi Saakaşvili tərəfdarlarının tələblərindən biridir.

Bundan başqa, etirazçılar anti-korrupsiya məhkəməsinin yaradılması və seçki qanununda dəyişiklik edilməsini tələb edirlər.

***

Ukrayna Prezidenti Petro Poroşenko Ali Rada önündə aksiya keçirən Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili tərəfdarlarının daha bir istəyini yerinə yetirəcəyinə söz verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Ali Radaya Anti-korrupsiya məhkəməsinin yaradılması ilə bağlı işçi heyətinin formalaşdırılması təklifi göndərib.

Bununla bağlı Poroşenkonun Ali Radadakı təmsilçisi İrina Lutsenko məlumat verib.


Müəllif: Samir