17 Oktyabr 2017 14:03
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radasının şura iclası yarımçıq dayandırılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna iclasda narazılıq yaranması səbəb olub.

Radanın bir neçə deputatı şuranın iclasında deputatların toxunulmazlığının ləğvi və seçki qanununa dəyişiklik məsələsinin müzakirə olunmasını tələb edib.

Ancaq Ali Radanın nümayəndəsi Andrey Parubin iclasda səhiyyə haqqında qanunu müzakirə edəcəklərini bildirib.

Bu zaman etirazçı deputatlar həmkarlarından Ali Rada önündə aksiyaya başlayan insanların qarşısına çıxmalarını tələb edib.

Parubin isə iclasın keçirilməsinin mümkünsüzlüyünü bildirib və onu yarımçıq dayandırıb.


Müəllif: Samir