17 Oktyabr 2017 14:41
1 919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bu gün tərəfdarları tərəfindən Kiyevdə keçirilən mitinqdə çıxış edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Kiyev hökumətinə axşama qədər vaxt verib:
“Biz tələblərimiz tam yerinə yetirilməyənə qədər heç yana getməyəcəyik. Ukrayna hökumətinin axşama qədər vaxtı var. Poroşenko olduğu müddətdə Ukraynada yaxşı bir şey olmayacaq. Poroşenko bizi eşitməsə, istefaya getməlidir”.

Bu arada, son məlumatlara görə, Ali Rada önündə toplaşanların sayı 6 mini ötüb.


Müəllif: Samir