17 Oktyabr 2017 18:33
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya və İrlandiyanı cənginə alan “Ofeliya” qasırğası insan ölümünə səbəb olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, təbii fəlakət zamanı azı 3 nəfər həlak olub, yüzlərlə ev elektriksiz qalıb.

Məlumatlara görə, qasırğa zamanı küləyin sürəti saatda 176 kilometrə çatıb.

Bəzi bölgələrdə suyun səviyyəsi təhlükəli həddə çatıb.


Müəllif: Samir