18 Oktyabr 2017 12:07
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin tərəfdarları bütün gecəni Kiyevdə Ali Radanın binası önündəki çadırlarda keçiriblər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, səhər saatlarından etirazçılar aksiyanı davam etdirmək qərarına gəliblər.

Məlumatlara görə, hazırda Ali Radanın önündə 200-dən çox insan toplaşıb.

Ötən gün aksiyada iştirak edən şəxslərin sayı 6 mini ötmüşdü.


Müəllif: Samir