18 Oktyabr 2017 13:39
1 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin rəhbərliyi İsrailin sülh danışıqları üçün irəli sürdüyü şərtləri qəbul etmədiyini açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Fələstin dövlətinin sözçüsü Nebil Əbu Redine məlumat verib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Fələstin rəhbərliyinin Qəzzadakı fəaliyyətindən məmnundur:

“Həmas və Fəth qruplaşmaları Misirin Qahirə şəhərində Fələstinlə bağlır razılığa gəldi. Bu bizim üçün böyük uğurdur”.

Qeyd edək ki, İsrail Həmasın tərki-silah edilməsi də daxil olmaqla Fələstinə 7 şərtlik sənəd təqdim etmişdi.


Müəllif: Samir