18 Oktyabr 2017 12:55
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa polisi ölkədə bəzi siyasətçilərə, müsəlmanlara və qaçqınlara terror hücumu hazırlamaq istəyən bir qrup şəxsi həbs edib.

Teleqraf.com xəbər verir ki, M6 kanalının məlumatına görə, Fransa hüquq-mühafizə orqanları ölkənin güneyində və Paris bölgəsində çoxlu sayda ünvanlarda əməliyyat keçirib. Xəbərə görə, Marsel və Parisin bir hissəsini əhatə edən Seine-Saint-Denis bölgəsində də həyata keçirilən əməliyyat zaman 10 nəfər saxlanılıb.

Bu sui-qəsdçilər fransız siyasətçilərinə, müsəlmanlara və ibadət məkanlarına hücumlar təşkil etmək niyyətində olublar.

“Le Monde” qəzeti bildirib ki, həbs edilənlərdən ən gəncinin16, ən yaşlısının isə 47 yaşı olub.Onların planlarında qaçqınlar, immiqrantlar və əcnəbi kökənli şəxslərə hücumların təşkil edilməsi də olub.

Xəbərə görə, sui-qəsd dəstəsinin lideri olan və adı açıqlanmayan şəxs sentyabrın 28-də həbs edilib. Onun vasitəsilə digər dəstə üzvlərinin yeri və ünvanı müəyyənləşdirilib. Dəstə liderinin evində aparılan axtarış zamanı çoxlu sayda silah tapılıb. Dəstənin Norveçdə terror təşkil edərək, 77 insanın ölümünə səbəb olan Anders Breivikdən ilham aldığı qeyd edilib. Onların hücum planlarında tanınmış siyasətçilərdən Jan Luk Melenkon və hökumət sözçüsü Kristof Kastner də olub.


Müəllif: Cavad