18 Oktyabr 2017 15:42
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağla gəlməyən hər şeyi xəyal etməyimiz mümkündür.

Teleqraf.com xəbər verir ki, bu fikirləri ABŞ-ın Sakit okeanda olan hərbi qüvvələrinin komandanı, admiral Harri Harris Şimali Koreyanın nüvə silahı proqramının yaratdığı təhlükə haqqında danışarkən deyib.

Şimali Koreyanın nüvə proqramlarını dayandırması üçün diplomatik yollardan istifadə ideyasını dəstəkləyən admiral əlavə edib ki, bu proses hərbi qüvvələr tərəfindən dəsyəklənməlidir:

“Bir çox mütəxəssislər Şimali Koreyadan danışarkən hərbi qüvvədən istifadəni mümkünsüz sayırlar. Ancaq biz düşünülməsi mümkün olmayan şeyləri də xəyal etmək məcburiyyətindəyik. Mənə görə xəyal ediləcək hadisə Los-Ancelesə, Tokioya, Sidneyə və Sinqapura nüvə başlıqlı raketlərin atılmasıdır”.

ABŞ-ın Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Sinqapurda keçirdiyi konfransda çıxış edən general bildirib ki, ABŞ prezidenti Donald Tramp və müdafiə naziri Mettis iqtisadi və diplomatik həll yollarını aradığı üçün onunla məsləhətləşmələr aparmır:

“Məndən güclü hərbi variantlar istəyirlər, mən də onlara mümkün variantlatrı təqdim edirəm”.

Bununla belə general Şimali Koreyanın nüvə proqramına qarşı önləyici tədbir kimi Pxenyana hücum ediib-edilməyəcəyi haqda suala cavabdan yayınıb: “Məsələ ondadır ki, Şimali Koreya lideri sərhədlər tanımayan bir diktatordur. Nüvə başlıqlı və ballistik raketlərin hədd-hüdud tanımayan birinin əlinə keçməsinə imkan vermək fəlakətə yol açmaq olar”.


Müəllif: Cavad