18 Oktyabr 2017 16:05
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terror təhdidi bu il dramatik bir şəkildə artıb. Mİ5-in 500-dən çox əməkdaşı eyni vaxtda əməliyyatlar həyata keçirib. Bu, mənim 34 illik karyeramda gördüyüm ən yüksək tempdir. Bu gün daha çox terrorçuların fəaliyyət çox sürətlə artır. Bunları təhlik etmək lazımdır.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Birləşmiş Krallığın daxili kəşfiyyat xidməti olan Mİ5-in rəhbəri Andrev Parker deyib.

Parker hesab edir ki, ölkənin qarşı-qarşıya olduğu terror təhdidi əvvəlki illərlə müqayisə olunmaz dərəcədə artıb.

Mİ5 xidmətinin eyni vaxtda 3 mindən çox şübhəlini araşdırdığını deyən Parker qurumun əməliyyatlarında terrorla əlaqəsi olan 20 mindən çox şübhəlini izlədiyini də vurğulayıb.

Onun dediyinə görə, Mİ5 bu əməliyyatları 4 min nəfərlik heyətlə icra edir:

“Nəzərə almaq lazımdır ki, bütün terror hücumlarına mane olmaq asan deyil. Ancaq bu günə qədər Terrorla Mübarizə Mərkəzi tərəfindən 10-dan çox terror hücumunun qarşısı alınıb, bir çox terrorçular həbs edilib”.


Müəllif: Cavad