18 Oktyabr 2017 23:58
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyevdə Ukrayna Ali Radasının binası qarşısında keçirilən etiraz aksiyası zamanı saxlanılanlar var.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, saxlanılan 11 nəfər polisə idarəsinə gətirilib. Hələ ki, onların hansı maddələr üzrə ittiham olunduqları məlum deyil.

Bu gün axşam saatlarında xüsusi təyinatlılar Ali Radanın qarşısında qurulan çadırları dağıtmağa cəhd edib. Etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib. İnsident nəticəsində deputat, “Samopomoş” partiyasının üzvü Yeqor Sobolev daxil olmaqla bir neçə nəfər xəsarət alıb.

Qeyd edək ki, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin lideri olduğu Yeni Qüvvələr Birliyi və digər müxalif partiyaların tərəfdarları dünən səhərdən Ali Radanın qarşısındakı Konstitusiya meydanında aksiya keçirir. Aksiya təşkilatçıları və iştirakçıları parlamentdən deputat toxunulmazlığını ləğv etməyi, seçki qanunvericiliyini dəyişməyi, eyni zamanda Antikorrupsiya Məhkəməsi yaratmağı tələb edirlər.


Müəllif: Teleqraf.com