19 Oktyabr 2017 11:19
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radasının önündə gecə saatlarında heç bir insident qeydə alınmayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı mitinq iştirakçıları məlumat veriblər.

Onlar bu gün Ali Radada deputatların toxunulmazlığının ləğvi və seçki qanununa dəyişiklik edilməsi ilə bağlı məsələlərin səsverməyə çıxarılacağını bildiriblər. Anti-korrupsiya məhkəməsinin yaradılması məsələsi Radanın bugünkü iclasının gündəliyinə daxil edilməyib.

Qeyd edək ki, Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin tərəfdarları oktyabrın 17-dən etibarən Ali Radanın önündə etiraz aksiyalarına başlayıb.


Müəllif: Samir