19 Oktyabr 2017 21:11
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda keçirilən TRT World Forumunda çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada yaşanan olaylardan danışıb.

Teleqraf.com xəbər verir ki, Ərdoğan Suriyada baş verən olaylarla bağlı ciddi tədbirlər görməyən BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsinin vacibliyini bildirib.

"Mən belə bir dünyada yaşamaq istəmirəm. Bu dünyada yaşamaq bizim üçün alçalmaqdır. Yeddidən yetmişə məsum insanların üzərinə xlor bombasının atıldığı bir dünyada yaşamaq bizim üçün çətindir. Belə bir dünyada yaşayıb da nə edəcəksən? Bunu güclü ölkələrlə müzakirə edəndə "Doğru deyirsiniz, bir tədbir görmək lazımdır" demədilər. Suriyalılar üçün bu günə qədər 30 milyard dollardan çox pul xərcləmişik. Bizə bu məsələdə dəstək verən varmı? Yoxdur".


Müəllif: Teleqraf.com