20 Oktyabr 2017 01:25
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənab Tramp hörmətə layiqdir. Onu ABŞ xalqı seçib, buna görə də hörmət etmək lazımdır. Hətta əgər onun mövqeyi ilə razı olmasanız belə".

Teleqraf.com-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin “Valday” diskussiya klubunun toplantısında çıxışı zamanı bildirib.

Putin ABŞ-da Trampa hörmət edilmədiyinə təəsüflənib.

O, hesab edir ki, Trampa hörmət etməmək onun seçicilərinə ehtiram göstərməmək deməkdir. "Mübahisə etmək olar, amma hörmət etməmək yox. Özü də şəxsən ona yox, səsini Trampa verən seçicilərə, “- deyə Rusiya prezidenti qeyd edib.


Müəllif: Teleqraf.com