20 Oktyabr 2017 01:36
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radasının qarşısında keçirilən etiraz aksiyasının iştirakçıları prezident administrasiyası binasının qarşısına toplaşıb.

Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, etirazçıları təmsil edən bir neçə nümayəndə prezident administrasiyasına yollanıb. Onlar Ukraynada antikorrupsiya məhkəmələrinin yaradılması haqqında bir qrup deputatın hazırladığı qanun layihəsini prezident Pyotr Poroşenkoya təqdim etmək niyyətindədir. Aksiya iştirakçıları qanunvericiliyə uyğun olaraq, prezidentin adından qeyd olunan qanun layihəsini Radaya təqdim etməsini tələb edəcəklər.

Prezident administrasiyasının qarşısına polis qüvvələri cəlb edilib. Etirazçılarla polis arasında qarşıdurmanın olmadığı bildirir.


Müəllif: Teleqraf.com