20 Oktyabr 2017 16:37
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) təzyiqlər artacaq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Mayk Pompeo Vaşinqtonda keçirilən Demokratları Müdafiə Fondunun toplantısında deyib.

ABŞ Prezidenti Donald Trampın nüvə sazişinə qarşı çıxmasına toxunan Pompeo bildirib ki, İran İslam Respublikası Orta Şərq regionunda əsas təhdid mərkəzidir:

“Vaşinqton SEPAH-a və onun “Qüds” qanadına qarşı təzyiqi gücləndirməklə İranın bölgədəki dağıdıcı və təxribat xarakterli əməllərinin qarşısını almaq niyyətindədir. Daha doğrusu, Amerika prezidenti İranın heç vaxt nüvə silahı istehsal etmək gücünə yiyələnməyəcəyindən əmin olmaq istəyir.

Əldə edilmiş nüvə sazişi, İranın atom təsisatlarına baxış keçirilməsi baxımından bizim imkanlar və mövqeyimizi gücləndirib. Lakin buna baxmayaraq, İranın rəftarı bir sıra hallarda onu göstərir ki, bu ölkə özünün gizli yollarla apardığı nüvə və raket proqramı ilə bizi təhlükəyə məruz qoymaq niyyətindədir. Elə buna görə də İranın nüvə silahına yiyələnməsinə və ya onu istehsal edə bilməsinə aparan bütün yolların bağlı olmasından əmin olmaq istəyirik”.


Müəllif: Samir