20 Oktyabr 2017 21:33
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Labrador cinsindən olan Lulu ləqəbli iti qurumdan kənarlaşdırıb.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, buna səbəb itin partlayıcı maddələri iylə tapmaq əvəzinə, şübhəlilərlə dostluq edib.

Buna görə də CİA iti 2017-ci ilin K-9 təlim proqramından xaric edib. CIA tvitter vasitəsilə itin proqramdan çıxarılmasının səbəblərini izah edib.

"Bəzən təlimləri başa vurmuş küçüklər də, partlayıcıların aşkar edilməsi üzrə K-9-da işləməyə meylsiz olduğunu büruzə verir. Lulu partlayıcı qoxularına maraqsız olduğunu göstərməyə başladı", deyə CIA tvitterdə qeyd edib.

Qeyd edək ki, partlayıcı maddə axtaran itlər 10 həftəlik təlim proqramının sonunda 19 min fərqli qoxunu ayırd etməyi öyrənməlidirlər.
Təlimlərin sonunda itlər 10 fərqli imtahandan keçir. Müvəffəq olanlar ev, maşın və digər yerlərdə partlayıcı maddələrin axtarışına cəlb edilir.

Təlimləri yeni bitirmiş itlər adətən həftədə 60 saat işləyir. Lakin onlar məzuniyyət və asudə vaxtlarında da təcili hallarda işə getməyə məcburdurlar. Adətən təlimlər üçün Alman çoban iti və Retriver cinsinə üstünlük verilir.


Müəllif: Teleqraf.com