20 Oktyabr 2017 22:59
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda D-8 sammiti ölkələrinin birgə universiteti yaradılacaq.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, bu universitetdə bütün D-8 ölkələrinin tələbələri təhsil ala bilər.

R.T.Ərdoğan həmçinin əlavə edib ki, D-8 ölkələri bütün sahələrdə münasibətləri möhkəmləndirməlidir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 sammitində xüsusi qonaq qismində iştirak edib.

D-8 sammiti bu gün İstanbulda baş tutub. Sammitdə üzv ölkələr - Türkiyə, Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya və Pakistan iştirak edib.

/Trend/


Müəllif: Teleqraf.com