20 Oktyabr 2017 23:10
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqda ordu ilə peşmərgə arasında Erbil-Kərkük yolu üzərində silahlı atışma davam edir.

Teleqraf.com xəbər verir ki, İraq ordusu Kərkükün Altunköprü qəsəbəsini azad edəndən sonra tərəflər arasında atışma başlayıb.

İraq Kürd Muxtariyyəti qarşıdurma ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, İran artilleriya qüvvələri, Haşdi Şabi milisləri İraqın verdiyi ABŞ istehsallı silahlarla Altunkörpüdə səhər saatlarından başlayaraq Peşmərgə mövqeələrinə zərbələr endriblər.

İraq hökuməti isə peşmərgənin Almaniya istehsalı olan silahlarla ordu qüvvələrini atəşə tutduğunu bəyan edib. Qeyd olunur ki, həmən silahlar peşmərgəyə yalnız İŞİD-ə qarşı döyüşmək üçün verilmişdi. Anlaşmaya görə, peşmərgə silahlardan başqa güclərə qarşı istifadə edə bilməzdi. İraq Müdafiə Nazirliyi peşmərgənin anlaşmanı pozduğunu iddia edir.


Müəllif: Teleqraf.com