21 Oktyabr 2017 10:29
1 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın İstanbul konsulluğunun əməkdaşı Mətin Topuzun həbs edilməsində sonra Vaşinqtonun Ankaraya nota verdiyi və Topuzun mobil telefonunu dərhal geri istədiyi bəlli olub.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, sözügedən notada telefonun və sim-kartın içindəki informsiyaların Vyana sazişinə əsasən toxunulmaz olduğu xatırladılıb.

Xatırladaq ki, ABŞ-ın İstanbul konsulluğunun əməkdaşı Mətin Topuz sentyabrın 25-də saxlanılıb, oktyabrın 4-də isə casusluq ittihamı ilə həbs edilib.

Türkiyə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq və xarici işlər idarəsinə göndərdiyi 10 oktyabr tarixli məktubundan bəlli olur ki, Mətin Topuzun mobil telefonuna görə ABŞ Türkiyəyə nota verib.

Notada Mətin Topuzun istifadə etdiyi telefonun ABŞ dövlətinə aid olduğu, bu telefonun qısa müddətdə geri qaytarılmasının vacibliyi ifadə edilib. Bəyan edilib ki, konsulluq fəaliyyətinə dair Vyana Konvensiyasının 33-çü maddəsinə görə, konsulluğun arxiv və informasiyaları toxunulmazdır.


Müəllif: Cavad