21 Oktyabr 2017 10:14
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı general ABŞ-da 38 milyon dollara daşınmaz əmlak alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb.

Məlumata görə, daşınmaz əmlak alan şəxs Rusiya Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi rəisinin sabiq birinci müavini, general-mayor Anatoli Petuxovdur. O, hazırda ABŞ-da yaşayır.

Jurnalistlər müəyyən ediblər ki, general-mayor Florida ştatının Atlantik okeanı sahillərində yerləşən füsünkar Myami şəhərində dəyəri 38 milyon dollar həcmində qiymətləndirilən mülkə sahibdir. KİV həmin mülkün şübhəli gəlirlər vasitəsilə əldə edildiyini istisna etməyib.

Anatoli Petuxovun 2010-cu ildən ABŞ-da yaşadığı bildirilir. O, ABŞ-ın yurisdiksiyası altındadır. KİV-in çirkli pulların yuylmasında ittiham etdiyi generala qarşı hələlik hər hansı rəsmi ittiham irəli sürülməyib.


Müəllif: Səxavət