21 Oktyabr 2017 13:57
1 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusların S-400 raket əleyhinə müdafiə sistemləri sayəsində Yaxın Şərqdə oyun qaydaları dəyişib.

Teleqraf.com xəbər verir ki, bu idddia ilə ABŞ-ın “Milli Maraqlar” jurnalının analitiki Srepan Breyn çıxış edib.

Analitik hesab edir ki, S-400 kompleksləri bir sıra üstünlüyə sahibdir. Bunlar sistemin dörd fərqli istiqamətə raket zərbəsi endirmək və manevr eləmək, uzaq hədəfi tapıb məhv etmək imkanlarıdır.

Amerikalı mütəxəssis hesab edir ki, ABŞ-ın S-400 kompleksləri ilə mübarizə aparacaq silahı yoxdur: “ABŞ-ın Patriot raket sistemləri 96 kilometrə qədər hədəfi vura bilir və bu sistemdən raketləri tək-tək atmaq mümkündür”.


Müəllif: Cavad