21 Oktyabr 2017 14:02
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Niderland Özbəkistanın eks-prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın İsveçrə bankında dondurulmuş 800 milyon İsveçrə frankının (784 milyon dollar) böyük hissəsini ala bilərlər.

Teleqraf.com xəbər verir ki, bu barədə İsveçrədə çap olunan fransızdilli “Le Temps” qəzeti məlumat yayıb.

Nəşrin məlumaına görə, bu həftə Berndə Gülnarə Kərimovanın işini araşdıran İsveçrə Baş Prokurorluğunun, Federal Ədliyyə Ofisinin (Ədliyyə Nazirliyi), Beynəlxalq Əlaqələr üzrə Federal Departamentin (Xarici İşlər Nazirliyi) əməkdaşlarının iştirakı ilə gizli danışıqlar başlayıb.

Onlar Gülnarə Kərimovanın Cenevrədəki özəl bank olan “Lombard Odier”də üzərinə həbs qoyulmuş pullarının hansı formada bərpa olunacağını müzakirə ediblər. Qəzetin istinad etdiyi mənbə pulların üzərindən yaxın vaxtlarda həbsin götürülməsinə dair qərar veriləcəyini istisna etməyib.

Qeyd olunur ki, ABŞ üzərinə həbs qoyulmuş vəsaitin 550 milyon dollarına iddia edir. Vaşinqton öz iddiasını özbək klanının maliyyə əməliyyatları aparmaq üşün ABŞ banklarından və dollarından istifadə etməsi ilə əsaslandırıb.

Niderlandın iddia etdiyi məbləğ isə açıqlanmayıb.


Müəllif: Səxavət HƏMİD