Çinin hakim partiyası Rusiya ilə münasibətlərin inkişafında və starteji xarakter almasında aktiv rol oynayır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri bu gün Çin Kommunist Partiyasının (ÇKP) 19-cu qurultayı zamanı keçirilən mətbuat konfransında beynəlxalq məsələlərə məsul partiya funksioneri Qo Eçjou deyib.
O deyib ki, ÇKP Rusiya ilə qarşılıqlı siyasi əlaqələrin inkişafını nəzərdə tutan platforma işləyib hazırlayıb: "Söhbət hakim "Vahid Rusiya" partiyası ilə ÇKP-nin hərtərəfli dialoq formatından gedir. Analoji münasibətlər Pekinlə Moskvanın əməkdaşlığı namnə fasiləsiz olaraq zənginləşir və bütün miqyaslarda starteji müttəfiqliyə doğru irəliləyir".