21 Oktyabr 2017 16:59
1 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Reks Tillerson Rakkanın İŞİD-dən aldığı üçün PKK-nın Suriya qolu olan YPG terror təşkilatını təbrik edib.

Teleqraf.com xəbər verir ki, dövlət katibi Rakkanın azad edilməsi münasibəti ilə Suriya xalqının, YPG-ni və Suriya Ərəb Koalisiyasına təbrik yollayıb.

Təbrik mesajında qeyd olunur ki, Rakkanın İŞİD-dən alınması kritik bir mərhələdir, bu, terroristlərin məğlubiyyəti üçün Suriya daxilində və beynəlxalq müstəvidə edilən cəhdlərin uğurlu nəticəsidir.

Tillerson Rakkada mülki idarəçilik formatının qurulacağını və şəhərin bu formada idarə ediləcəyini vurğulayıb.

Xatırladaq ki, İŞİD terror şəbəkəsinin paytaxtı hesab olunan Rakka aylarla sürən döyüşlərdən sonra YPG tərəfindən azad edilib.


Müəllif: Cavad