21 Oktyabr 2017 19:00
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu Suriyanın Kuneytra bölgəsində mövqe tutan Bəşər Əsədə ordusunun üç fərqli mövqeyinə zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Avichay Adrae bildirib: "Suriya tərəfindən atılan 5 raketin Colan Təpələrinə düşməsinin ardından Suriya ordusunun üç möveyinə artilleriya zərbəsi endirilib".

Onun sözlərinə görə, İsrailin təhlükəsizliyinə qarşı hər hansı fəaliyyətə ordu imkan verməyəcək: “Baş verəcək istənilən hadisəyə görə Suriya rejimi məsuliyyət daşıyır”.

Qeyd edək ki, ötən gün İsrail qırıcıları Suriya paytaxtı Dəməşq yaxınlğında bir əraziyə zərbə endirib. İsrail tərəfi bu zərbənin də cavab məqsədilə endirildiyini bildirmişdi.


Müəllif: Cavad