21 Oktyabr 2017 20:39
1 475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radası qarşısında keçirilən xalq məclisi iştirakçıları yeni tələblər irəli sürüb.

Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, onlar Prezident Petro Poroşenkodan 5 iş günü ərzində parlamentə impiçment haqqında qanun layihəsi göndərməyi tələb ediblər.

"Cənab prezident, bu qanun layihəsi konkret olaraq, sizə aid deyil. Bu, Ukrayna xalqına aiddir. Əgər tələbimiz yerinə yetirilməsə, biz nəyə qadir olduğumuzu göstərəcəyik. Bizi buna məcbur etməyin. Çauşeskunun aqibətini xatırlayın", - aksiyada çıxış edən "Donbas" taborunun Katana ləqəbli döyüşçüsü deyib.

Aksiya iştirakçıları prezidentdən antikorrupsiya məhkəməsi haqqında qanun layihəsini Ali Radaya göndərməyi də tələb edib.


Müəllif: Nahid