22 Oktyabr 2017 12:17
1 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Lombardiya və Veneto bölgəsində müstəqillik referendumu başlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, iqtisadi cəhətdən İtaliyanın ən zəngin bölgələri olan Lombardiya və Venetoda ümumilikdə 12 milyon insan yaşayır.

Lombardiya rəhbəri Roberto Maroni və Veneto rəhbəri Luka Zaya bölgə sakinlərini referendumları dəstəkləməyə çağırıb.

Məlumatlara görə, referendumun keçirilməsi İtaliyaya 65 milyon dollar zərər verəcək.

Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya bölgəsi analoji addım atmışdı.


Müəllif: Samir