23 Oktyabr 2017 09:14
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirdə 4 min il əvvələ məxsus taxta heykəl tapılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, heykəl misirli ustalar tərəfindən hazırlanıb.

Heykəl Misirin qədim “piramidalar vadisi” kimi qəbul edilən Sakkarada aşkarlanıb.

Qazıntı heyətinin rəhbəri Fillip Kollomberin sözlərinə görə, büst yaxşı vəziyyətdə deyil və onu ictimaiyyətə təqdim etməmişdən əvvəl bərpa edəcəklər.

Qeyd edək ki, tədqiqatçı arxeoloqlar bir həftə əvvəl də Saxara qumlarında qazıntı işləri apardıqları əsnada bir daş parçası tapıblar.


Müəllif: Şəfiqə