22 Oktyabr 2017 15:28
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Rada Kiyevdə etiraz aksiyası keçirən Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin tərəfdarlarına müraciət edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Radanın vitse-spikeri İrina Geraşenko danışıb:

"Birincisi, etirazçılar Rada qarşısındakı sınmış mikrofona görə cərimə ödəməlidirlər. İkincisi, parlamet binası önündəki Ukrayna bayrağını geri asmalıdırlar. Üçüncüsü isə, tökdükləri zibilləri yığışdırmalıdılar".

Qeyd edək ki, Saakaşvili tərəfdarları oktyabrın 17-dən etibarən Ali Rada önündə etiraz aksiyalarına başlayıb. Onlar deputatların toxunulmazlığının ləğvini, anti-korrupsiya məhkəməsinin yaradılmasını və seçki qanununda dəyişiklik edilməsini tələb edirlər.


Müəllif: Samir