22 Oktyabr 2017 19:16
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Feysbuk sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq 2020-ci il prezident seçkilərində ABŞ Prezidenti Donald Trampa rəqib ola bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hürriyət” qəzetinin köşə yazarı Səlcuq Şirin yazıb.

Köşə yazar bildirib ki, Mark Zukerberqin Harvard Universitetinin məzun günündə çıxış edərək siyasətçi kimi cəmiyyətdəki problemlərin həlli üçün tövsiyələr verib: "Mark çıxışı zamanı 1 il ərzində 50 ştatı gəzərək insanların dərdlərinə, problemlərinə qulaq asmağa hazır olduğunu da bildirib. Bu onun prezidentlik iddiası olduğunun işarətdir.

Səlcuq Şirin bundan əvvəl də digər rəsmilərin bu siyasətə baş vurmasını qeyd edib: "Barak Obama, Hilari Klintonun və Donald Trampın da prezident seçkiləri ərəfəsində bu siyasətə baş vurub. Əvvəl qulaq asıb, sonra problemin həlli üçün tövsiyə vermək amerika siyasətində hər zaman rast gəlinib".


Müəllif: İlhamə Əbülfət