22 Oktyabr 2017 14:58
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül ABŞ-ın İstanbuldakı Baş konsulluğunun həbs olunan əməkdaşı Mətin Topuzun telefonunun Vaşinqton tərəfindən istənilməsi ilə bağlı açıqlama verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Gül Vaşinqtondan belə bir açıqlama əldə etdiyini bildirib:

"Bu müraciəti istintaqa təqdim etmişik. Onlar qərar verəcək".

Qeyd edək ki, Topuz Fətullahçı terror təşkilatı ilə əlaqədə ittiham olunaraq, Türkiyə polisi tərəfindən saxlanılıb. Olay iki ölkə arasında viza böhranına səbəb olub.


Müəllif: Samir