22 Oktyabr 2017 22:29
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hər bir gənc azı iki xarici dil bilməlidir. Osmanlı dönəmində elçi 6-7 dil bilərdi. Osmanlıcanı üzündən oxumağı bacarmalısınız. Siz 600 illik kitablarınıza fransızca qalsanız, Fransızca bilməniz bir işə yaramaz".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Yahya Kamal Bəyatlı Konqres Mərkəzində Gənclik Şurasının toplantısında bildirib.

Onun sözlərinə görə, Osmanlı rəhbərləri həmçinin riyaziyyatı yaxşı biliblər: "Böyük filosof Platon qapısının ağzına yazardı ki, riyaziyyatı bilməyənlər içəri girməsinlər: "Əgər riyaziyyatı bilməsəniz işiniz getməyəcək. Gənclər, səsiniz çıxmadı, xeyirdimi? Yanlışmı söylədim?".

Daha sonra Ərdoğan gənclərə dini nəsihətlər verib: "Allaha şirk qoşma, günah və yalandan qorx. Namazını düzgün qıl. Tövbəni geçikdirmə. Salama, duaya önəm ver. Təbəssüm sədəqədir. Cahildən və pis qonşudan uzaq ol. Tez qalx, az danış, sirrini yayma. Doğru dostlar seç, təmbəl olma, tələsmə, şəfqətli ol".


Müəllif: Ruslan Xəlil