23 Oktyabr 2017 10:08
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Lombardiya və Veneto bölgələrində keçirilən müstəqillik referendumunun nəticələri açıqlanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, nəticələrlə bağlı ilk açıqlamanı Lombardiya bölgəsinin rəhbəri Roberto Maroni verib.

O bildirib ki, bölgədə yaşayan 7,9 milyon insanın 59,7 faizi seçkilərdə iştirak edib:

“Nəticələrə əsasən, seçicilərin 95 faizi müstəqilliyin lehinə səs verib”.

Bundan sonra Veneto bölgəsinin nümayəndəsi Luka Zaya nəticələri açıqlayıb:

“Seçkilərdə 4 milyon seçicinin iştirakı gözlənilirdi. Seçici fəallığı 40 faiz olub. Nəticələrə əsasən, 97 faiz venetolu müstəqilliyi dəstəkləyib”.

Məsələ ilə bağlı İtaliya tərəfindən ilk rəsmi açıqlama Regionlarla iş üzrə nazirliyin nümayəndəsi Gian Kladio Bressadan gəlib. Onun sözlərinə görə, Roma bölgələrin müstəqilliyi ilə bağlı danışıqlara hazırdır.

Qeyd edək ki, Lombardiya və Veneto İtaliyada ən zəngin bölgələr sayılır. Bu bölgələrdən alınan vergi İtaliyada ümumi daxili məhsulunun təxminən 30 faizini təşkil edir.


Müəllif: Samir