23 Oktyabr 2017 17:48
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ britaniyalı müəllim, “Hermiteyc Kapital” fondunun rəhbəri Vilyam Brauderə viza verməkdin imtina edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb Rusiyanın Brauderi “İnterpol” vasitəsilə axtarışa verməsidir.

ABŞ-ın Rusiyadakı sabiq səfiri isə Vaşinqton hökumətini bu addımdan geri çəkilməyə səsləyib:

“Bu inanılmazdır. ABŞ Prezidenti Donald Trampı və Dövlət Departamentini Putinin Brauderə qarşı kampaniyalarına qoşulmamağa çağırıram”.

Qeyd edək ki, Brauderin axtarışa verilməsinə səbəb Rusiyanın onu maliyyə fırıldaqlarında və vergidən yayınmaqda ittiham etməsi olub.


Müəllif: Samir