24 Oktyabr 2017 08:42
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın böyük oğlu Donald Tramp atasının Supermen paltarında fotosunu paylaşıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, oğul Trampın öz İnstaqram hesabından paylaşdığı fotoda ABŞ prezidenti saqqallı və döş hissəsində T hərfi olan Supermen kostyumundadır. Belə təəssürat yaranır ki, prezident “Taym” jurnalının üz qabığında təsvir olunur. Şəklin üzərində yazılıb: "Prezident Tramp Amerikanı yenidən böyüdür".

Xatırladaq ki, D.Tramp ötən prezident seçkiləri kampaniyası zamanı Nyu-Yorkdakı reklam lövhələrindən birində sinəsində S əvəzinə T hərfi olan Supermen geyimində təsvir edilmişdi.


Müəllif: Sara